Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Ağstafa rayon MKS

Ən çox oxunan kitablar
Ernest Heminquey. Əcəl Zəngi
11 Fevral , 2021
Əsərin qəhrəmanları Robert Cordan və Mariya arasındakı təmiz, ülvi məhəbbət hissləri parlaq boyalarla əks etdirilmişdir. Böyük rus yazıçısı Konstantin Simonov “Cordan və Mariyanın faciəli məhəbbətinə həsr olunmuş səhifələri E.Heminqueyin bütün yaradıcılığında ən güclü, ən yüksək, ən saf və təmiz səhifələr” kimi qiymətləndirmişdir. Roman faşizmə qarşı təkcə yazıçı qələmi ilə deyil, əldə silah əsgər kimi döyüşən bir insan tərəfindən yazıldığından, oradakı hadisələr o qədər canlıdır ki, özünü həmin hadisələrin mərkəzində hiss edir, əsərin qəhrəmanlarının yaşadıqlarını təkrar yaşayırsan. XX əsr dünya ədəbiyyatında xüsusi yeri olan məşhur Amerika yazıçısı, Nobel mükafatı laureatı Ernest Heminqueyin (1899-1961) müharibə mövzusunda qələmə aldığı «Əcəl zəngi» romanı təkcə yazıçının öz yaradıcılığında deyil, ümumiyyətlə dünya ədəbiyyatı tarixində bu mövzuya həsr olunmuş ən sanballı ədəbi nümunələrdən biri sayılır
Faylı yuklə