Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Ağstafa rayon MKS

Ən çox oxunan kitablar
İsa Hüseynov-Muğanna. İdeal
4 May , 2021
Xalq yazıçısı İsa Muğanna (Hüseynov) Azərbaycan nəsrinin inkişafında sanballı xidmətləri olan söz sənətkarıdır. Yeni Azərbaycan nəsrini onun, artıq nəsr poetikasının gözəl nümunələrinə çevrilmiş əsərləri olmadan təsəvvür etmək çətindir. Nəsrimizin əsaslı surətdə yeni mərhələyə qədəm qoymasının fəal iştirakçısı olmaqdan daha çox bu nəsrin yaradıcılarından biri kimi fəaliyyət göstərən yazıçını, odur ki, 60-cı illər nəsli öz sələfləri saymaqda tam haqlıdırlar. İsa Muğanna yaradıcılığının başlıca xüsusiyyəti folklorla, xalqın bədii təfəkkür prinsipləri, estetik və əxlaqi kateqoriyaları ilə dərin bağlılığıdır. Yazıçının, həyatdakı ziddiyyətləri bütün kəskinliyi ilə göstərən "Yanar ürək" romanı özünün ictimai, vətəndaşlıq konsepsiyası ilə, mühüm sosial həqiqətlər barədə söz açmaq cəhdi ilə ədəbiyyatımızın inkişafı üçün çox gərəkli olmuşdur. Bu əsərinin mövzusunu müəllif sonralar "İdeal" romanında bir qədər də dərinləşdirmiş, yeni bədii məzmunda zənginləşdirmişdir. Təqdim olunan, yenidən işlənmiş şəkli ilə yaxın və uzaq keçmişimizdən tarixi hadisələrin, alim və filosoflarımızın vətənpərvərlik çarpışmalarının əks etdirildiyi "İdeal" əsərində yazıçı Azərbaycan xalqının ulu tarixi kökləri ilə müasir mənəvi problemlərini vahid süjet xəttində ustalıqla birləşdirmişdir.
Faylı yuklə