Ağstafa rayon Mərkəzi Kitabxanası

Ağstafa rayon MKS
Elanlar
28 Fevral , 2021
Prezident İlham Əliyev gənclərə olan münasibətini belə ifadə etmişdir: “Mənim  gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmalıdırlar. Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğı onları doğma yurdu sevməyə, yüksək təhsil alaraq ölkəmizin inkişafına töhfə verməyə həvəsləndirir. Məhz bu diqqət və qayğının nəticəsində bu gün gənclərimiz cəmiyyətin fəal üzvləri kimi ölkə həyatının bütün sahələrində səylə çalışır, Azərbaycanın çiçəklənməsi yolunda əsl vətəndaşlıq mövqeyindən çıxış edirlər. İndi onların məqsədli şəkildə irəlilədiyi bir yol var. Bu gün Azərbaycan gəncliyi öz həyat və yaradıcılığını xalqına, Vətəninə və dövlətinə həsr etməyə hazırdır.