Ağstafa rayon Mərkəzi Kitabxanası

Ağstafa rayon MKS
Tədbirlər
26 Fevral , 2021

26 Fevral 2021- ci il tarixində   Ağstafa rayon MKS-in və filialları 26 fevral Xocalı soyqrımının 29 -cu il anım günü ilə əlaqədar "Şəhid şəhərim - Xocalı "adlı onlayn tədbir kecirtdi. Tədbiri Mərkəzi Kitabxana Sisteminin direktoru Solmaz Nağıyeva açaraq Xocalı faciəsi haqqında geniş məlumat verərək bildirdi ki,amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilən Xocalı qətliamı daima təbliğ edilərək gələcək nəsillərə çatdırılmalıdır. Bu gün hər bir azərbaycanlının qarşısında mühüm vəzifələrdən biri Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi dünya ictimaiyyətinə çatdırmaqdır. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur.  Daha sonra Ağstafa şəhər 1 saylı kitabxananın əməkdaşı Turanə Orucova  və Yenigün, Köçəlili, Tatlı, Xətai, Pirili kənd kitabxana filiallarının əməkdaşları G.Əhmədli, K.Əmirova, G.Əliyeva , Ş.Qurbanova  Xocalı faciəsi haqqında geniş məlumat verdilər. Tədbirin  sonunda  Ağstafa şəhər 1 saylı kitabxananın  fəal oxucuları Xocalı faciəsinə  həsr edilmiş şeirlər söylədilər.