Ağstafa rayon Mərkəzi Kitabxanası

Ağstafa rayon MKS
Tədbirlər
17 Mart , 2021
17 mart 2021- ci il tarixində Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağstafa MKS və filialları Azərbaycan xalqının milli adət- ənənələrini özündə cəmləşdirən Novruz bayramının gəlişi münasibəti ilə " Bahar təravətli ,çiçək ətirli Novruzum" adlı onlayn tədbir kecirdi.Tədbiri Ağstafa MKS - nin direktoru S. Nağıyeva acaraq tədbir iştirakcılarını qarşıdan gələn Novruz bayramı munasibəti ilə təbrik etdi .İllərdi hər bayramlarda ürək sözümüzü söyləmək istəyəndə ilk kəlməmiz olaraq deyirdik ki, gün o gün olsun Novruz tonqalını Şuşada qalayaq .Şükürlər olsun o gün bu gündü ,artıq Şuşa qalasında igidlərimiz bayram tonqalı qaladılar .Bu il qələbə ətirli Novruzu xalqımıza yaşadan Ali Baş Komandana ,müzəffər ordumuza minnətdarıq.Qanları ilə Zəfər sözünü yazan ŞƏHİDLƏRİMİZİN ruhu qarşısında baş əyirik ,qazilərimizə uzun ömür can sağlığı arzulayırıq .Tədbirdə iştirak edən bir necə fəal oxucular Novruza həsr olunmuş şeirlər səsləndirdilər.Tədbirin sonunda " Bahar təravətli ,cicək ətirli Novruzum " adlı sərgi nümayiş olundu.
Foto Qalereya