Ağstafa rayon Mərkəzi Kitabxanası

Ağstafa rayon MKS
Tədbirlər
30 Mart , 2021
30 mart 2021 - ci il tarixində Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağstafa rayon MKS- nin Mərkəzi kitabxana və filialları 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş " Bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət" adlı onlayn konfrans kecirdilər.
Tədbiri Ağstafa MKS- nin direktoru Solmaz Nağıyeva acaraq 1918 - ci ildə erməni millətcilərinin dənizdən - dənizə " Böyük Ermənistan" ideyasını kercəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə,deportasiya və soyqırımları həyata kecirdikləri haqqında danışdı. Digər əməkdaşlarda    mövzu ətrafında öz fikirlərini söylədilər.
Tədbirdə Almaz İldırım ,Məhəmmədhüseyn Şəhriyar ,Məmməd Arazın şeirləri kitabxana əməkdaşları və kitabxanaların fəal oxucuları tərəfindən səsləndirildi.31 Mart Soyqırım Şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbirdən öncə bir qrup kitabxana əməkdaşları Ağstafa şəhərinin Şəhidlər xiyabanını zitarət etdilər.
Foto Qalereya