Ağstafa rayon Mərkəzi Kitabxanası

Ağstafa rayon MKS
Tədbirlər
3 Aprel , 2021

3 aprel 2021 - ci il tarixində Ağstafa rayon MKS-nin Oxuculara Xidmət şöbəsi Aprel döyüşləri ilə əlaqədar "Aprel döyüşləri xalqımızın qəhrəmanlıq səlnaməsidir" başlıqlı onlayn tədbir təşkil etdi. Tədbiri Ağstafa rayon Mərkəzi kitabxananın əməkdaşı Qönçə Hüseyinova açaraq bildirib ki, 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Sonra Kitabxananın əməkdaşı Nənəxanım Əzizova qeyd edib ki, Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərin başlanğıcıdır. Həmçinin kitabxananın əməkdaşı Nəzakət Məmmədova Aprel döyüşü qəhramanlarından Samit İmanov, Şükür Həmidov və.s göstərdiyi qəhrəmanlıqlardan danışdı.

Foto Qalereya