Ağstafa rayon Mərkəzi Kitabxanası

Ağstafa rayon MKS
Tədbirlər
7 Aprel , 2021

7 Aprel 2021-ci il tarixində Ağstafa rayon MKS-nin Xidmət şöbəsi 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan  olmasının 880 illiyi ilə əlaqədar olaraq "Nizami Gənvəvi türk dünyasının fəxridir" adlı onlayn tədbir keçirdi. Onlayn tədbiri Mərkəzi kitabxananın əməkdaşı Qönçə Hüseynova açaraq bildirdi ki, qüdrətli söz və fikir ustadı insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığa malikdir. Nizami yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Böyük sənətkarın bütün həyatı və zəngin ədəbi fəaliyyəti həmin dövrdə təkcə Azərbaycanın və Qafqazın ən iri şəhəri deyil, eyni zamanda Yaxın və Orta Şərqin mühüm mədəniyyət mərkəzi kimi tanınmış Gəncə ilə bağlıdır. Şair ömrü boyu burada yaşayıb yaratmış və dünya poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş etmişdir.  Həmçinin kitabxananın əməkdaşı Ramilə Abbasova bildirdi ki, şairin məşhur “Xəmsə”si insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutur. Daha sonra 3- cü sinif şagirdi Türkan Hüseynli Nizami Gəncəvinin "Atanın oğluna nəsihəti" şeirini səsləndirdi.