Ağstafa rayon Mərkəzi Kitabxanası

Ağstafa rayon MKS
Tədbirlər
6 Aprel , 2021

6 aprel 2021 - ci il tarixində Ağstafa rayon MKS - nin Oxuculara Xidmət  şöbəsi Ənvər Əlibəylinin  105 iliyi  ilə əlaqədar olaraq " Gənclik və gözəllik şairi"  adlı onlayn tədbir təşkil etdi. Onlayn tədbiri Ağstafa rayon Mərkəzi kitabxananın əməkdaşı Nənəxanım Əzizova açaraq bildirdi ki, şair, müəllim, jurnalist, radio və televiziya xadimi Ənvər Əlibəyli vətəninə və xalqına həm döyüşçü kimi, həm də istedadlı qələmi, peşəkar jurnalist fəaliyyəti, təşkilatçılıq bacarığı ilə xidmət edib. O, 1916-cı il aprel ayının 1-də Bakı şəhərində anadan olub. Bakıda yeddiillik məktəbi qurtardıqdan sonra Tibb Texnikumunda,ADU-nin Fəhlə fakültəsində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Moskvada Ali Partiya Məktəbində təhsil alıb.Ənvər Əlibəylinin “Qaranquş”“Balaca bağbanla" , “Dağlar arasında” , “İlk məhəbbət” , “Dostluq körpüsü” , “Nəğmələr”və s. kitabları nəşr olunmuşdur. Daha sonra  kitabxananın əməkdaşı Lamiyə Haxıyeva şairin şeirlərindən səsləndirdi.