Ağstafa rayon Mərkəzi Kitabxanası

Ağstafa rayon MKS
Tədbirlər
15 Aprel , 2021

15 aprel 2021- ci il tarixində Ağstafa rayon MKS və filialları dahi Azərbaycan şairi və mütəfəkkiri N.Gəncəvinin anadan olmasının 880 illik yubileyi ilə əlaqədar olaraq " Poeziyamızın sönməz günəşi" adlı onlayn tədbir təşkil etdi .Tədbiri giriş sözü ilə acan Ağstafa rayon MKS- nin direktoru S. Nağıyeva  dünya ədəbiyyatının görkəmli nümayəndəsi ,dahi Azərbaycan şairi N.Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən olduğunu ,sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünə məxsus layiqli yerini qoruyub saxlamasından danışdı.Tədbir iştirakcıları dahi sənətkar haqqında dəyərli fikirlərini söylədilər və şairin qəzəllərindən parcalar səsləndirdilər.

Foto Qalereya