Ağstafa rayon Mərkəzi Kitabxanası

Ağstafa rayon MKS
Tədbirlər
26 Aprel , 2021

26 aprel 2021 -ci il tarixində Ağstafa rayon MKS-nin filialları aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi ilə əlaqədar olaraq "Sazlı - sözlü sənətkar" adlı onlayn tədbir keçirdi. Tədbiri Ağstafa rayon MKS-nin direktoru Solmaz Nağıyeva açaraq sənətkar haqqında məlumat verərək qeyd etdi ki, Azərbaycanda kökü necə min illərə söykənən mənəvi bir qaynaq vardır. Ozan sənətı ,aşıq sənəti ,saz sənəti. Saz - söz dünyasında elə nadir və nəhəng simalar vardır ki ,onları mənsub olduqları sənət sahəsinin simvolu hesab etmək olar. Bu il yubileyini qeyd etdiyimiz Aşıq Ələsgər belə yüksək  xüsusiyyətlərə malik olan aşıqlarımızdandır.

Tədbirdə  aşıq İradə və tədbirə dəvət olunmuş aşıq sənətini öyrənən şagirdlər sənətkarın şeirlərini səsləndirdilər.

Foto Qalereya