Ağstafa rayon Mərkəzi Kitabxanası

Ağstafa rayon MKS
Tədbirlər
29 Aprel , 2021
29 aprel 2021 - ci il tarixində Ağstafa rayon MKS və filialları Vətən torpağının azadlığı uğrunda aparılan 44 günlük müharibədə Şəhid olan bir necə Şəhidlərimizə həsr olunmuş " Əbədiyyətə qovuşan Şəhidlər " adlı onlayn tədbir keçirdilər. Tədbiri Ağstafa rayon MKS- nin direktoru açaraq tədbirə dəvət olunmuş Şəhid ailələrini salamladı və hər birimizin baş tacı ,qəlbimizin daimi sakinlərinə cevrilmiş şəhidlər haqqında danışdı.Tədbirdə Şəhid Səfərli Əfqan Nadir oğlunun  atası Nadir müəllim ,qardaşı Əziz ,şəhid Elcin Mustafazadənin qardaşı İlkin Mustafazadə ,şəhid Abdıyev Orxan Habil oğlunun anası Hicran xanım,Şəhid Məmmədli Turan Rafiq oğlunun bibisi oğlu Azər Həsənov iştirak edərək ,hər biri şəhidlərimiz haqqında qəlblərimizi sızııldadan xatirələrini danışdılar.Bu gün 25 yaşlı Asəf Nəsibovun şəhid olduğu gündən 6 ay kecir. 29 oktyabr 2020 - ci il tarixində Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub.Tədbirdə şəhidin xalası Asəfın yarımcıq qalan həyatından ,nişanlısının hər gün məzarı üzərinə apardığı  güllərdən ,xəstə düşən anasının acı fəryadlarından ürək ağrısı ilə danışdı.Sonda əməkdaşlarımız Şəhidlərə həsr olunmuş seirləri səsləndirdilər.
Foto Qalereya