Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Ağstafa rayon MKS
Tədbirlər
11 Yanvar , 2022
11 yanvar 2022- ci il tarixində Ağstafa  rayon MKS-nin Oxuculara Xidmət şöbəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamı ilə əlaqədar olaraq “Uğurlu kütləvi nəşrlər” başlıqlı kitab sərgisi və dəyirmi masa təşkil etdi. Tədbirdə kitabxana əməkdaşları və oxucular iştirak etdilər.
Tədbiri giriş sözü ilə kitabxananın əməkdaşı Leyla Bayramova  açaraq bildirdi ki, bu mühüm işlər Prezident İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamına əsasən həyata keçirildi.
Sərəncamda müstəqil Azərbaycan Respublikasında həyatın müxtəlif sahələrində aparılan islahatlar içərisində latın qrafikalı Azərbaycan əlifbasının bərpa edilməsinin böyük tarixi əhəmiyyət kəsb etdiyi vurğulanırdı: "Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və "Azərbaycan əlifbası və Azərbaycan dili gününün qeyd edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli fərmanları ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olmuş və latın qrafikalı Azərbaycan əlifbasına keçidi bütövlükdə təmin etmişdir. Müstəqilliyin başlıca rəmzlərindən biri sayılan ana dilinə dövlət qayğısının daha da artırılmasını təmin etmək, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrinin müasir dövrdə təbliği və gələcək nəsillərə çatdırılması məqsədilə Azərbaycan dilində əvvəllər kiril qrafikasında çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşrinin kütləvi şəkildə həyata keçirilməsi zərurəti nəzərə alınaraq, sərəncamda qarşıda duran mühüm işlər müəyyənləşdirildi və həyata keçirilməsi mühüm olan tapşırıqlar verildi.
Ağstafa rayon MKS-nin Mərkəzi və filial kitabxanaları bu kitabların təbliğini yüksək səviyyədə həyata keçirir.

Foto Qalereya