Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Ağstafa rayon MKS
Tədbirlər
25 Yanvar , 2022

25 yanvar 2022-ci il tarixində Ağstafa rayon MKS-nin Xidmət şöbəsi Türk şairi Nazim Hikmətin 120 illik yubileyi ilə əlaqədar olaraq "Dünya poeziyasının türk şahzadəsi - Nazim Hikmət" başlıqlı tədbir keçirdi. Tədbirdə Mərkəzi kitabxananın əməkdaşları və fəal oxucular iştirak etdilər. Öncə kitabxananın əməkdaşı Aysel Əzimzadə qeyd etdi ki, Nazim Hikmət 1902-ci il yanvar ayının 15-də zadəgan ailəsində anadan olmuşdur. 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə daxil olmuşdur. "Sərvliklərdə" adlı ilk şeiri 1918-ci ildə "Yeni məcmuə" jurnalında dərc olunmuşdur. 1920-ci ildə o, işğal olmuş İstanbuldan milli azadlıq uğrunda vuruşan Anadoluya getmişdir. 1921-ci ildə Sovet Rusiyasına gəlmiş, 1922-1924-cü illərdə Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində oxumuşdur. Nazim Hikmət "Qərib adam", "İvan İvanoviç vardımı, yoxdumu" və s. pyeslərini, şer və poema, poeziyaya və dramaturgiyaya dair məqalələrini yazmışdır. Nazim Hikmət Azərbaycan xalqının və ədəbiyyatının yaxın dostu idi. O, dəfələrlə Bakıya gəlmiş, Azərbaycan şair və yazıçılarının bir çoxu ilə şəxsən dost olmuş, onlarla yaradıcılıq əlaqəsi saxlamışdır.

Daha sonra oxucular şairin şeirlərindən nümunələr səsləndirdilər.

Şairin 120 illik yubleyinə həsr olunmuş sərgidə oxucular tərəfindən daim oxunan kitabları sərgiləndi.

Foto Qalereya