27 yanvar 2022-ci ildə Ağstafa rayon MKS və şəhər 1
saylı Folklor evi ilə birlikdə Prezident İlham Əliyevin Sərəncamına əsasən
2022-ci ilin "Şuşa ili" elan edilməsi ilə əlaqədar olaraq, "Azərbaycanın
incisi, Qarabağın mirvarisi Şuşa" adlı tədbir keçirdi.
Tədbiri Ağstafa MKS-nin direktoru Solmaz Nağıyeva açaraq Şuşa səhərinin
xalqımız üçün necə müqəddəs və əziz olduğunu, həmçinin işğaldan azad olunmuş ərazilərimizin
bərpasında dövlətimizin qətiyyətini dünyaya göstərmək üçün yeni imkanlar
açılacağını qeyd etmişdir.
Tədbirdə el ağsaqqalı Aşıq Hüseyn, Əfqanıstan Veteranları İctimai
birliyinin Ağstafa rayon bölməsinin sədri Mirzahid Hacıyev, MİHİ Ağstafa rayon
komitəsinin sədri Zahid Sultanov, MİHİ Qazax rayon komitəsinin sədri İsgəndər
Qurbanov, Ağstafa 1 saylı folklor evinin direktoru Vaqif Əhmədov da çıxış edərək,
Şuşanın Azərbaycan mədəniyyəti üçün əhəmiyyətini qeyd etmişdirlər.
Tədbirdə Ağstafa rayon MKS-nin əməkdaşları - Səadət Nağıyeva Rəsul Rzanın
"Şuşam mənim" şeirini, Bayramova Leyla Səma Zamiqqızının "Salam,
Şuşa" adlı şeirini səsləndirmişdir. Tədbirdə, eyni zamanda, kitabxananın
azyaşlı oxucuları, Banu Musayeva, Türkan Hüseynli, Ağstafa şəhər
uşaq musiqi məktəbinin müəllim və şagird kollektivi və müğənni Mübariz
Orucov Şuşaya aid şeirlər və mahnılar səsləndirdilər.