Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Ağstafa rayon MKS
Tədbirlər
1 Fevral , 2022

01 fevral 2022-ci il tarixində Ağstafa rayon Mədəniyyət Mərkəzi və Ağstafa rayon MSK-nin birgə təşkilatçılığı ilə 2 Fevral-Gənclər Günü münasibəti ilə rayon Mədəniyyət Mərkəzində tədbir keçirilmişdir. Mədəniyyət müəssisələrinin və MKS-nin gənc əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə Vüsal Hüseynov, Günay Qədiməliyeva, Aysel Əzimzadə, Orxan Mahmudzadə və həvəskar oxucu Tofiq Vəliyev çıxış edərək, Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, dövlətimizin apardığı gənclər siyasətinin rolundan, gənclər siyasətinin Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlı olduğundan, gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatında fəallığından danışmışlar.Çıxışlarda qeyd edilmişdir ki, bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi 44 günlük Vətən müharibəsində təsdiqini tapmışdır.

Tədbirdə çıxış edən Ağstafa rayon MKS-nin direktoru Solmaz Nağıyeva və Ağstafa rayon Mədəniyyət Mərkəzinin direktoru Leyla İsayeva qeyd etmişlər ki, bu gün hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətlərində daim rəhbər tutmalı, Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır.

Tədbirdə Gənclər gününə həsr edilmiş şerlər səsləndirilmiş, video təqdim edilmiş, xatirə şəkli çəkilmişdir.

Foto Qalereya