Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Ağstafa rayon MKS
Tədbirlər
7 Fevral , 2022

07 fevral 2022-ci ildə Ağstafa rayon MKS-nin Oxuculara Xidmət şöbəsi Milli Qəhrəman, Azərbaycanın mübarizlik simvolu Mübariz İbrahimovun anım günü ilə əlaqədar olaraq "Ölümsüzlüyə Qovuşan Qəhraman" başlıqlı tədbir keçirdi.

Tədbiri Ağstafa MKS-nin direktoru Solmaz Nağıyeva açaraq 22 yaşlı gənc qəhrəmanın, türk əsgərinin qeyri-adi qəhrəmanlığından söhbət açdı: "Mübariz təkcə cəsur, qorxmaz əsgər deyil, o son dərəcə zərif, həssas, mömin və qayğıkeş bir insan idi. Mübariz əsgər kimi də, insan kimi də hər cür məhəbbət və hörmətə layiqdir. Mübariz bizim yaşadığımız dövrdə, sözün əsl mənasında, qəhrəmanlıq göstərdi və türk əsgərinin, döyüşçüsünün nəyə qadir olduğunu, təkbaşına döyüşü, rəşadəti, qorxmazligi, qəhrəmanlığı ilə sübut etdi."

Tədbirdə kitabxananın azyaşlı oxucusu Hüseynli Türkan vətənpərvərlik mövzusunda şeirlər səsləndirdi.

Foto Qalereya