14 fevral 2022-ci il tarixində Ağstafa Regional Mədəniyyət idarəsinin tabeliyində fəaliyyət göstərən Ağstafa rayon MKS-nin Oxuculara Xidmət şöbəsi və Uşaq şöbəsi 14 Fevral Beynəlxalq Kitab bağışlama günü ilə əlaqədar olaraq, "Hər kitab bir xəzinədir" adlı kitab sərgisi təşkil etdi.
Tədbiri Ağstafa rayon MKS-nin Oxuculara Xidmət şöbəsinin əməkdaşı Qönçə Hüseynova açaraq, kitabın cəmiyyətimiz üçün nə qədər böyük əhəmiyyət kəsb etməsindən bəhs etdi. Kitabxananın əməkdaşı eyni zamanda, oxuculara göstərdiyi xidmətdən, kitabxanaların cəmiyyətin inkişafı, tərəqqisi üçün necə mühüm rol oynamasıdan bəhs etdi.
Tədbirdə kitabxananın fəal oxucusu olan Tofiq Əfəndiyev də çıxış edərək, oxuduğu kitabların onun həyatında necə müsbət dəyişikliklərə səbəb olduğundan söhbət açdı.
MKS-in Oxuculara Xidmət şöbəsi müəllif Güləmail Murad tərəfindən kitabxanaya hədiyyə olunmuş "Vətən uğrunda" kitabının bir nüsxəsini Tofiq Əfəndiyevə hədiyyə etdi.