Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Ağstafa rayon MKS
Tədbirlər
16 Fevral , 2022

16 fevral 2022-ci il tarixində Ağstafa Regional Mədəniyyət idarəsinin tabeliyində fəaliyyət göstərən Ağstafa rayon MKS-nin Mərkəzi kitabxanasının Oxuculara Xidmət şöbəsi Molla Pənah Vaqifin anadan olmasının 305 illiyi münasibətilə "XVIII əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi - Molla Pənah Vaqif"  adlı oxucu konfransı kecirdi.Tədbirdə kitabxana əməkdaşları,fəal oxucular və tələbələr iştirak etdilər.

Tədbiri Mərkəzi kitabxananın Oxuculara xidmət şöbəsinin əməkdaşı Qönçə Hüseynova açaraq, Vaqifin dərin irsindən söhbət açdı, qeyd etdi ki, Vaqif yaradıcılığı  ilə xalq şeirinin təsiri yazılı ədəbiyyatımızda üstünlük təşkil edir.. Vaqif yaradıcılığı əsrin ziddiyyətlərini, sevinc və kədərini daha parlaq ifadə etdiyi üçün bütünlükdə Azərbaycan milli ədəbiyyatının bu dövrünü Vaqif əsri adlandırmaq olar.

Vaqif şərq poeziyasının bütün klassik formalarından istifadə etsə də, yaradıcılığında əsas yeri qoşma janrı tutub və o, heca vəznində Azərbaycan poeziyasının bir çox parlaq nümunələrini yaradıb.

Tədbirdə kitabxananın əməkdaşları - Abbasova Ramilə, Əzimzadə Aysel, Nağıyeva Səadət Vaqifin dərin irsindən şeirlər səsləndirdilər.

Foto Qalereya