Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Ağstafa rayon MKS
Tədbirlər
18 Fevral , 2022

18 fevral 2022-ci il tarixində Ağstafa rayon MKS-nin Beynəlxalq Ana dili günü ilə əlaqədar olaraq "Dilimiz milli varlığımızdır" adlı oxucu konfransı və kitab sərgisi təşkil etdi. Tədbiri Mərkəzi kitabxananın əməkdaşı Günay Qədiməliyeva açaraq qeyd etdi: "Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır".

Tədbirdə kitabxananın əməkdaşları Bayramova Leyla Bəxtiyar Vahabzadənin "Ana dilim", Aysel Əzimzadə isə Məmməd Aslanın "Mənim dilim - qibləgahım" adlı şeirləri səsləndirdilər.

Kitabxananın fəal oxucuları olan Türkan Hüseynli, Nəzrin Abdullayeva, Banu Musayeva, Fatimə Musayeva da ana dilinə aid ədəbi irsimizdən nümunələr səsləndirdilər.

 

Foto Qalereya