24.02.2022-ci il tarixində Ağstafa rayon MKS-nin Mərkəzi kitabxana və filialların birgə təşkilatcılğı ilə Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar olaraq "Xocalı- Qarabağın Qanlı Səhifəsi" başlıqlı onlayın tədbir keçirtdilər. Tədbiri Xətai kənd kitabxana filialının müdiri Əhmədli Günəş açaraq tədbir iştirakçılarına Xocalı faciəsi haqqında keniş məlumat verdi. Müharibə bəşəriyyətin faciəsi, soyqırım isə hec vaxt sağalmayan yarasıdır, məhz Xocalı müsibəti kimi! Ona görə də yaraları dərin və sağalmaz iz buraxır. Tədbir filial əməkdaşlarının çıxışları ilə davam etdi. Daha sonra kitabxanamızın fəal oxucuları Xocalı faciəsi haqqında şeirlər səsləndirdilər.