Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Ağstafa rayon MKS
Tədbirlər
25 Oktyabr , 2022
25 oktyabr 2022-ci il tarixində Ağstafa rayon Mərkəzi kitabxananın uşaq şöbəsində  Qubadlının işğaldan azad olunmasının  ikinci  ildönümü münasibəti ilə "Qubadlıya dönən yol" adlı tədbir keçirilib.  Tədbirdə kitabxananın əməkdaşları, fəal oxucular, məktəblilər iştirak ediblər.İlk öncə Şəhidlərin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Kitanxananın əməkdaşı Hüseynova Qönçə tədbiri giriş sözü ilə açaraq  Azərbaycan xalqını  və tədbir iştirakçılarını bu gün münasibəti ilə təbrik edib.  O, qeyd edib ki, bu Qələbə müzəffər ordumuzun məğlub edilməz şücaəti və cənab Ali baş komandan İlham Əliyevin uğurlu, uzaqgörən siyasətinin nəticəsidir. Vətənsevər xalqımız bu gün üçün   Prezidentinə, Şəhidlərinə və Qazilərinə borcludur.Məhz onların sayəsində  tezliklə Qubadlılarda oz doğma yurd- yuvalrına dönəcəklər.Sonda şagirdlərin ifasında Vətənimizə, zəfərimuzə həsr olunmuş şeirlər səsləndirildi.
Foto Qalereya