Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Ağstafa rayon MKS
Tədbirlər
2 Noyabr , 2022
Yeni Azərbaycan Partiyası Ağstafa rayon Mədəniyyət şöbəsi ərazi ilk partiya təşkilatının 8 Noyabr - Zəfər Gününə həsr edilmiş “Zəfərimiz Qürurumuzdur” adlı tədbir keçirib.
Tədbirdə YAP Ağstafa rayon təşkilatının əməkdaşları, qazilər və Ərazi Partiya Təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbirə başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Yeni Azərbaycan Partiyasının və müasir, müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan  Ağstafa rayon MKS- nin direktoru Solmaz Nağıyeva ilk öncə tədbir iştirakçılarını qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib və  bildirib ki, 27 sentyabr 2022-ci ildə Ermənistanın hərbi müdaxiləsinə cavab olaraq Azərbaycan Ordusunun həyata keçirtdiyi “Dəmir Yumruq” əməliyyatı bütün dünyaya səs saldı. Tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində 30 ilə yaxın müddətdə erməni işğalı altında olan ərazilərimiz azad edildi. Möhtərəm Prezidentimizin öz çıxışında vurğuladığı kimi, 44 gün ərzində Azərbaycan Ordusu hər gün dayanmadan qan tökərək, şəhidlər verərək irəliyə, Zəfərə doğru gedirdi. Bu gün tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa quruculuq işləri həyata keçirilir.

Tədbirdə çıxış edən digər natiqlər  öz növbələrində qeyd ediblər ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etməklə tarixinin ən şərəfli səhifəsini yazdı. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi qarşısında düşmən diz çökdü. Azərbaycan torpaqları düşmən işğalından azad olundu və bununla da xalqımızın əbədi olaraq doğma dədə-baba yurduna qayıdışı başladı.
.

Foto Qalereya