Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Ağstafa rayon MKS
Tədbirlər
3 Noyabr , 2022

03 noyabr2022-ci il tarixində Ağstafa rayon Mərkəzi kitabxananın Uşaq şöbəsində   Zəfər gününə həsr olunmuş " Zəfərin Mübarək Azərbaycan " adlı  tədbir keçirilib.Tədbirdə kitabxananın əməkdaşları, fəal oxucular, məktəblilər iştirak ediblər. İlk öncə Şəhidlərin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə Ağstafa rayon MKS-nin direktoru Solmaz Nağıyeva açaraq qeyd etdi ki, "Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi." Sonda fəal oxucuların ifasında Vətənə, Şəhidlərə və Zəfərə aid şeirlər səslənib.

Foto Qalereya