Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Ağstafa rayon MKS
Tədbirlər
17 Noyabr , 2022

17 noyabr 2022-ci il tarixində Ağstafa rayon Mərkəzi kitabxanası və Şəhər 1 saylı Folklor Klubu ilə birlikdə Dirçəliş günü ilə əlaqədar olaraq  "Şərəfli tarixin başlanğıcı Milli Dirçəliş günü" başlıqlı tədbir təşkil ediblər.

Tədbirdə kitabxananın əməkdaşları, mədəniyyət işçiləri və fəal oxucular iştirak etdilər. Tədbiri giriş sözü ilə kitabxananın əməkdaşı Qönçə Hüseynova  açaraq  günün mahiyyəti ilə bağlı məlumat verib.Qeyd edib ki, "xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb. Mənəvi əsaslarını və başlanğıcını ötən əsrin 60-cı illərindən götürən bu tarix sonralar ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter alıb, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoyub.".Tədbirin sonunda məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər.Gənc aşıq Fuad Məmmədlinin ifasında saz havası dinlənilib. 

 

Foto Qalereya