Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Ağstafa rayon MKS
Tədbirlər
17 Noyabr , 2022

17  noyabr 2022-cı il tarixində Ağstafa rayon Mərkəzi kitabxana Uşaq şöbəsində  “Ümumdünya Uşaq Hüquqları günü”nə həsr olunmuş “Azad ölkəmizin fidanları” adlı tədbir keçirib.Tədbirdə kitabxananın əməkdaşları, fəal oxucular iştirak ediblər. Tədbiri giriş sözü ilə kitabxananın əməkdaşı Qönçə Hüseynova  açaraq  qeyd edib ki, “1954-cü ildə BMT Baş Məclisi bütün dünyada uşaqların rifahının yaxşılaşdırılmasına yönəldilən fəaliyyətə həsr edilən bu günü bütün dünya ölkələrinə qeyd etməyi məsləhət görüb. 1959-cu il noyabrın 20-də Baş Məclis Uşaq hüquqları Bəyannaməsini, 1989-cu ilin həmin günündə isə Uşaq hüquqları haqqında Konvensiyanı qəbul edib.”

Tədbirin sonunda “Ümumdünya Uşaq Hüquqları günü”ü ilə əlaqədar olaraq fəal oxuculara tədbirin təşkilində iştirakına görə “Təşəkkürnamə” və hədiyyələr təqdim olundu.    

Foto Qalereya