Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Ağstafa rayon MKS
Tədbirlər
24 Noyabr , 2022

24 noyabr 2022-ci il tarixində Ağstafa rayon Mərkəzi Kitabxanası, Tarix-Diyarşünaslıq Muzeyi və şəhər 1 saylı Folklor klubunun birgə təşkilatçılığı ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsinin ikinci ildönümünə həsr olunmuş "Kəlbəcərdə Azərbaycan bayrağı dalğalanır" adlı tədbir təşkil edilib. 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərin əziz xatirəsi anılıb.

 Kitabxananın əməkdaşı Qönçə Hüseynova bildirib ki, 25 noyabr xalqımızın taleyində əlamətdar günlərdən biridir.

O, Vətən müharibəsi zamanı qazandığımız böyük Zəfərin tariximizin qəhrəmanlıq səhifəsinə yazıldığını söyləyib. Qeyd olunub ki, şanlı Zəfər ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, ordumuzun şücaəti, xalqımızın birliyi nəticəsində qazanılıb.

Daha sonra Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı Mətanət Məhərrəmova, şəhər 1 saylı Folklor klubunun əməkdaşı Arzu Nəbiyeva qeyd ediblər ki, Kəlbəcər rayonunun işğaldan azad edilməsi ölkəmizin həm diplomatik, həm də hərbi qüdrətinin göstəricisidir. “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz elə bir reallıq yaratmışdı ki, Ermənistan üçün 2020-ci il 10 noyabr Bəyanatına imza atmamaq, Kəlbəcərdən çıxmamaq heç cür mümkün deyildi. Çünki istənilən halda ordumuz Kəlbəcəri, Ağdamı, Laçını azad edəcəkdi”,- deyə Arzu Nəbiyeva qeyd edib.

Sonda iştirakçılar tərəfindən vətənpərvərlik mövzusunda kitablardan təşkil olunmuş sərgiyə baxış keçirilib.

Foto Qalereya