Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Ağstafa rayon MKS
TARIXI ABIDƏLƏRİMİZ
11 Fevral , 2015

Azərbaycan Respublikasının “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu Ağstafa rayonunun Gürcüstanla sərhədində, Qatardağ silsiləsi, Ceyrançöldə, dağların cənub və cənub-şərq tərəfdəki qum dağlarından ibarət sıldırım qayalıqlarda yerləşir. Bir qala, iki məbəd, bir inanc yeri, 70-dən çox mağarası olan qoruq ilkin və orta əsrlərdə qazılmış süni və təbii mağaralardan, qala və məbədlər kompleksindən ibarətdir.
Ərazidə zəngin tarixi-etnoqrafik, mədəniyyət abidələrinin olmasını nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2005-ci ilin oktyabr ayının 12-də qoruğun ərazisinə səfər etmişdir. Cənab Prezident buradakı zəngin tarixi-mədəniyyət obyektlərinin daha da dərindən öyrənilməsi, qorunması və təbliği üçün 19 dekabr 2007-ci il tarixli, 2563 saylı sərəncamı ilə sözügedən ərazidə yerləşən mağaralar kompleksini “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu elan etdi. Həmin vaxtdan qoruğun ərazisindəki strateli cəhətdən ən hündür yüksəkliklərin biri ölkə Prezidentinin şərəfinə “İlham Əliyev adına zirvə” adlandırılmışdır.