Ağstafa rayon Mərkəzi Kitabxanası

Ağstafa rayon MKS
Elanlar
18 Fevral , 2019

Yaxın tariximizin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımı xalqımızın qan yaddaşına əbədi həkk olundu. Təəssüflər olsun ki, Xocalı şəhəri tarixə Xocalı faciəsi kimi düşdü. Bu faciə görünməmiş amansızlıq, qəddarlıq və qətl faktları, öz miqyası və üsulları ilə dünyada və tarix qarşısında bir daha ermənilərin xislətini bütün aydınlığı ilə ortaya qoydu. Bəli, Xocalı faciəsi dünyada qətl və qəddarlıq simvoludur. Azərbaycan xalqı bu faciəni ürək ağrısı ilə öz qəlbində yaşadır. Tədbirin sonunda Ağstafa rayon 2 saylı məktəbin şagirdləri Xocalı şəhidlərinə həsr edilmiş şeirlər söylədilər.