Ağstafa rayon Mərkəzi Kitabxanası

Ağstafa rayon MKS
Xəbərlər
2 Dekabr , 2019
"Azərbaycan dünyası " beynəlxalq jurnalı 1999- cu ildən ölkədə ilk çoxtirajlı və 3 dildə( Azərbaycan ,rus və ingilis ) çıxan jurnaldır .Jurnal azərbaycanlıların xarici ölkələrdə sıx yaşadığı ərazilərdə yayılır.Jurnalın məqsədləri və vəzifələri vətəndaşlıq həmrəyliyinin və beynəlxalq sülhün möhkəmlən - dirilməsinə yönəldilib,o cümlədən həmvətənlərin ,birləşməsinə,onların hüquqlarının və ictimai maraqlarının müdafiəsinə , Vətən və türk dünyası ilə əlaqələrinin genişlənməsinə istiqamətləndirilibdir.Jurnalın səhfələrində müstəqil Azərbaycanın ,eyni zamanda ,Vətəndən kənarda yaşayan yurddaşlarmızın siyasi,iqtisadi ,İslami və mədəni nailiyyətləri işıqlandırılır.Jurnal " Dədə Qorqud " mükafatının ,sülh naminə "Vətən Övladı", "Qızıl Ürək " və "Mehriban Ana " ordenlərinin təsisçisidir: Jurnalın idarə heyətinin fəxri üzvləri akademiklər ,ziyalılar və görkəmli ictimai - siyasi xadimlərdir:"Dədə Qorqud" Milli fondu " Azərbaycan Dünyası " jurnalını təsisçisi və baş redaktoru Eldar İsmayılovdur.Agstafa veteranlar cəmiyyətinin sədri Mirzahid Hacıyev "Azərbaycan Dünyası " jurnalını Agstafa rayon MKS-in direktoru Solmaz Nağıyevaya təqdim etdi.
Bu jurnalı mərkəzi kitabxanaya təqdim etdiyi üçün Mirzahid müəllimə və jurnalın təsisçilərinə öz təşəkkürmüzü bildiririk.
Foto Qalereya